Çinin şimalında yerləşən Tsinxay əyalətində 5.9 maqnitudalı zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri təqribən 186 min nəfər əhalisi olan Dunxuan şəhərindən 270 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
İtki və dağıntı barədə məlumat verilməyib.
Bakı 



