• Bakı 27° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Sosial şəbəkədəki təhqirlər depressiyaya yol açır - XƏBƏRDARLIQ

CƏMİYYƏT

19 Avqust 2026 | 15:14

Sosial şəbəkədəki təhqirlər depressiyaya yol açır - XƏBƏRDARLIQ

“Davamlı mənfi münasibət insanın özünəinamına və özünüqiymətləndirməsinə təsir göstərə bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova sosial media mövzusunda canlı yayımda deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə təhqir, alçaltma, lağ və kütləvi mənfi münasibətlə qarşılaşmaq insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər:

“Xüsusilə bu, davamlı xarakter daşıyırsa, insanda gərginlik, təşviş, ruh düşkünlüyü, özünə qapanma və depressiya əlamətləri yarada bilər. Bu məsələ uşaqlarda və yeniyetmələrdə daha həssasdır. Çünki yeniyetməlik dövründə insan üçün həmyaşıdlarının fikri və onlar tərəfindən qəbul olunmaq çox önəmlidir”.

Həkim bildirib ki, mənfi münasibətin insana təsiri onun psixoloji vəziyyətindən və xarakterindən də asılıdır:

“İnsanın buna necə reaksiya verməsi, bu təsirlərin nə qədər təkrarlanması əhəmiyyətlidir. Psixoloji cəhətdən daha güclü insanlar buna fikir verməyə bilər. Lakin özünəinamı daha zəif olan insanlar bunu başqa cür qəbul edə və nəticədə depressiya əlamətləri ilə qarşılaşa bilərlər”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR