“Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binaları tikdirən “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati icraat başlanılsa da, məhkəmə işə xitam verib.
Bakıvaxtı.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsinin qərarında göstərilib ki, şirkət tərəfindən 39 125 ABŞ dollar məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 39125 ABŞ dollar məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Mərkəzi Bank tərəfindən “Nardaran İnvest” barəsində protokol tərtib edilib və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilib.
Qeyd edək ki, bundan əvvəldə “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətin barəsində inzibati icraat başlanılmışdı və cərimə olunmuşdu.
Bakı 



