• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda külək enerjisinin istehsalı artıb

İQTİSADİYYAT

17 Sentyabr 2026 | 13:14 | Müəllif: Gülşən Şərif

Azərbaycanda külək enerjisinin istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda külək elektrik stansiyalarında 726,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 21,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 17 milyard 887,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 2,4 % azdır. Bunun 17 milyard 376,5 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1,9 % azdır.

Bunun 2 milyard 498,9 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 10,7 % artıb), 13 milyard 549,8 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (- 8,8 %), 154,9 milyon kVt/saat biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisi (+5,6 %) istehsalının payına düşür.

Hesabat dövründə günəş elektrik stansiyalarında 446,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 9,4 % çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026