• Bakı 17° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

İQTİSADİYYAT

17 Sentyabr 2026 | 13:38 | Müəllif: Gülşən Şərif

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır.

Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026