• Bakı 27° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

"Bank of Baku" müştərilərindən ƏLAVƏ PUL TUTUR? - ŞİKAYƏT

İQTİSADİYYAT

19 Avqust 2026 | 13:55

Bank of Baku müştərilərindən ƏLAVƏ PUL TUTUR? - ŞİKAYƏT

Bank of Baku-nun debet kartından istifadə edən vətəndaş tərəfindən redaksiyamıza şikayət daxil olub.

Şikayətçi Bakıvaxtı.az-a bildirib ki, avqustun 14-də debet kartına vəsait əlavə edərək xaricə bilet alıb. Həmin günün məzənnəsinə uyğun olaraq ödəniş kartından çıxılıb və əməliyyatdan sonra hesabında müəyyən məbləğ qalıb. Daha sonra qalan vəsaiti hesabından çıxaran şikayətçi hesabında mənfi balans yaranmadığını qeyd edib.

Onun sözlərinə görə, bir neçə gün sonra hesabına 5 manat vəsait əlavə edib. Lakin bu gün hesabını yoxlayarkən balansında 3,47 manat qaldığını görüb. Beləliklə, hesabından 1,53 manatın tutulduğunu bildirib.

Şikayətçi məsələ ilə bağlı bankın qaynar xəttinə müraciət etdiyini və ona cavab verildiyini də qeyd edib.

“Düzdür, böyük məbləğ deyil. Ancaq insanları bu cür soymaq çox gülməlidir. Heç bir bankda bu problemi yaşamamışam”, - deyə şikayətçi bildirib.

Bakıvaxtı.az olaraq məsələ ilə bağlı Bank of Baku-a sorğu ünvanlamışıq.

Elcan Musalı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026