• Bakı 26° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Güləşçimiz Emin Cavadlı U-20 dünya çempionatında bürünc medal qazanıb

İDMAN

18 Avqust 2026 | 21:39

Güləşçimiz Emin Cavadlı U-20 dünya çempionatında bürünc medal qazanıb

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçisi Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb.

Rəqibinə heç bir şans tanımayan təmsilçimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR