• Bakı 24° C

    7.1 m/s

Rafinya Messinin rekordunu qırdı

İDMAN

17 Sentyabr 2026 | 18:51 | Müəllif: Subhan Mahmudov

Rafinya Messinin rekordunu qırdı

"Barselona"nın braziliyalı vingeri Rafinya mövsümün ilk yeddi oyununda vurduğu qolların sayına görə Lionel Messinin rekordunu geridə qoyub.

Bakıvaxtı.az xəbər verir ki, Rafinya "Barselona"nın İspaniya çempionatında "Rasinq"i 7:2 hesabı ilə məğlub etdiyi oyunda het-trikə imza atıb və mövsümün ilk yeddi matçında vurduğu qolların sayını 11-ə çatdırıb.

Bununla da braziliyalı futbolçu Messinin 2012/13 mövsümündə ilk yeddi oyunda vurduğu 10 qol göstəricisini geridə qoyub.

29 yaşlı Rafinya 2022-ci ildən "Barselona"nın formasını geyinir. O, Kataloniya klubunun heyətində üç dəfə İspaniya çempionu və Superkubokun qalibi olub, bir dəfə isə ölkə kubokunu qazanıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026