Ukraynanın "Xarkov" klubunda çıxış edən Ramik Hacıyev vaxtilə Azərbaycan millisindən gələn dəvəti niyə qəbul etmədiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, U-19 komandasında oynadığı zamanlarda Azərbaycan millisindən dəvət aldığını bildirib.
"U-19 komandasında oynadığım vaxt Azərbaycan millisindən dəvət almışdım. Lakin bundan imtina etdim. Çünki düşünürdüm ki, Ukrayna millisi Azərbaycan millisindən daha güclü və daha nüfuzludur. Mən burada hər şeyi bəyənirəm. U-19 komandasının üzvü idim və heç nəyi dəyişmək istəmirdim. Ukrayna mənim ikinci evimdir. Bu ölkəni çox sevirəm və bütün ukraynalılara hörmət edirəm", - deyə o qeyd edib.
Xatırladaq ki, Ramik Hacıyev bir neçə il əvvəl Azərbaycan millisində oynamaq üçün təklif aldığını və bu təklifə imtina etdiyini açıqlamışdı.
















