Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi, parlamentin keçmiş spikeri Alen Simonyan yeni vəzifəsinin öhdəsindən gələcəyinə inanır.
Bakıvaxtı.az xəbər verir ki, o, bununla bağlı "24News" kanalına müsahibəsində bildirib.
Jurnalistin daha əvvəl dincəlmək və şəxsi həyatına vaxt ayırmaq istədiyini bildirən Simonyanın Baş nazir Nikol Paşinyanın təklifini qəbul etməsinin səbəbini soruşub.
Sabiq spiker cavab olaraq "Mən 20 gün ölkədən kənarda oldum və dincəlməyə vaxt tapdım" sözlərini söyləyib.
Simonyan həmçinin hazırda dostu adlandırdığı Armen Qriqoryanın təcrübəsini öyrəndiyini vurğulayıb.
Qeyd edək ki, Alen Simonyan 2021-ci ildən Ermənistan parlamentinə rəhbərlik edib. O, 2026-cı il seçkilərində "Mülki Müqavilə" partiyasının siyahısında 14-cü sırada yer alaraq seçki kampaniyasında fəal iştirak edib. Lakin nəticələr bəlli olduqdan sonra partiya idarə heyəti onun namizədliyini spiker vəzifəsinə irəli sürməmək qərarına gəlib. Bundan sonra Simonyan deputat mandatından imtina edərək, dincəlmək və şəxsi həyatını qaydaya salmaq istədiyini bəyan etmişdi.
Bakı 



