• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda DTX-nin yeni rəhbəri təyin edildi

DÜNYA

17 Sentyabr 2026 | 20:56 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda DTX-nin yeni rəhbəri təyin edildi

Gürcüstan parlamenti Tamaz Boraşvilini Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, onun namizədliyini 83 deputat dəstəkləyib, heç kim əleyhinə səs verməyib.

Boraşvili son bir il yarım ərzində Gürcüstan xüsusi xidmət orqanının dördüncü rəhbəri olub.

Qeyd edək ki, Boraşvilinin sələfi Gela Geladze quruma beş ay rəhbərlik edəndən sonra istefa verib və daxili İşlər nazirinin müavini vəzifəsinə keçirilib. Hökumət bunun ailə vəziyyəti ilə əlaqədar olaraq Geladzenin şəxsi xahişi ilə baş verdiyini açıqlayıb.

Boraşvili 2025-ci ilin sentyabr ayından Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsini tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026