• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

DÜNYA

17 Sentyabr 2026 | 19:21 | Müəllif: Subhan Mahmudov

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

PKK terror təşkilatının lideri Abdullah Öcalan Silahsızlanma və Strateji Koordinasiya Alt Komitəsində çalışacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum jurnalistlərə açıqlamasında deyib.

O, İmralıdakı həbsxanaya bağlı yaşayış yerinin əlavə bölmə kimi tikildiyini qeyd edərək, bunun Öcalanın prosesdəki rolunu yerinə yetirməsi üçün yaradılan imkan olduğunu qeyd edib.

Uçum bunun "O, azadlığa buraxıldı" kimi şərh edilməsinin doğru olmadığını bildirib:

"Bu, Öcalanla aparılan dialoq prosesidir. Məqsəd terror təşkilatının məhv edilməsini təmin etməkdir"./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026