Birjalarda şəkərin qiyməti avqustun 18-də 4% artaraq bir funt üçün 0,176 dollara yüksəlib.
Bakıvaxtı.az "ICE Futures" platformasının məlumatlarına istinadən xəbər verir ki, bu göstərici 2025-ci il mayın 22-dən bəri ən yüksək səviyyə olub.
Bakı vaxtı ilə saat 18:29-a olan məlumata görə, oktyabr füçersinin qiyməti 2,73% artaraq bir funt üçün 0,173 dollar səviyyəsində qərarlaşıb. Avqustun əvvəlindən şəkərin qiyməti 17,7%, son altı ay ərzində isə 26% artıb.
Avqustun əvvəlində şəkər xammalı üzrə oktyabr füçersinin qiyməti 2025-ci ilin oktyabrından bəri rekord həddi yeniləyərək bir funt üçün 0,165 dollara çatıb. Dilerlər qiymət artımını Braziliyadan xammal tədarükünün azalması və anomal istilər fonunda Avropada istehsalın mümkün azalması ilə bağlı narahatlıqlarla əlaqələndiriblər.
Bakı 



