• Bakı 21° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər

CƏMİYYƏT

17 Sentyabr 2026 | 18:10 | Müəllif: Subhan Mahmudov

Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər

Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.

Bakıvaxtı.az xəbər verir ki, heyvan mənşəli məhsullar vasitəsilə exinokokk və trixinella kimi parazitlər ət vasitəsilə insan orqanizminə daxil olaraq müxtəlif fəsadlara səbəb ola bilər. Antisanitar şəraitdə kəsim zamanı ətin Salmonella, E. colinin O157 seroqrupu və Listeria kimi patogen mikroorqanizmlərlə çirklənməsi və qida zəhərlənməsi riskini artırır. 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha istehlakçıların diqqətinə çatdırır ki, ət və ət məhsulları yalnız baytarlıq nəzarətindən keçmiş, müvafiq qaydada fəaliyyət göstərən kəsim məntəqələrindən və satış obyektlərindən alınmalıdır. Qanunsuz kəsim məntəqələrində əldə edilən ət məhsullarının istehlakı insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Əhalinin sağlamlığının və qida təhlükəsizliyinin qorunması məqsədilə AQTA tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026