• Bakı 28° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Leysan, şimşək, dolu - Sabahın HAVASI

CƏMİYYƏT

19 Avqust 2026 | 12:35

Leysan, şimşək, dolu - Sabahın HAVASI

Avqustun 20-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

    Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Avqust 2026