• Bakı 28° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Səfirimiz etimadnaməsini Tokayevə verdi

SİYASƏT

19 Avqust 2026 | 13:41

Səfirimiz etimadnaməsini Tokayevə verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir sıra dövlətlərin fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

Bakıvaxtı.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mərasim Astanadakı Müstəqillik Sarayında keçirilib.

Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov da etimadnaməsini dövlət başçısına təqdim edib.

Həmçinin Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiyanın səfirləri də etimadnamələrini Qazaxıstan Prezidentinə təqdim ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026