• Bakı 26° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Baş məşqçinin keçmiş və indiki arvadları dalaşdı

İDMAN

18 Avqust 2026 | 21:13

Baş məşqçinin keçmiş və indiki arvadları dalaşdı

Misir millisinin baş məşqçisi Hossam Hassan keçmiş və indiki həyat yoldaşı arasında kafedə baş verən dava zamanı huşunu itirib.

Bakıvaxtı.az xəbər verir ki, qadınlar arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. 

Hadisə yerinə polis əməkdaşları gəlib. Hər iki qadının xəsarət aldığı bildirilir.

60 yaşlı Hossam Hassan isə vəziyyəti nəzarətə ala bilməyib və güclü həyəcan səbəbindən huşunu itirib.

Məşqçinin ikinci həyat yoldaşının vəkili bildirib ki, Hassan üç övladının anası olan birinci həyat yoldaşından boşanıb.

Hossam Hassan 2024-cü ildən Misir millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib və burada Argentina yığmasına 2:3 hesabı ilə məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR