• Bakı 26° C

    7.35 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürüb

DÜNYA

18 Avqust 2026 | 21:57

İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürüb

İsrail ordusu Qəzzanın şimalındakı Şati bölgəsində HƏMAS-ın mövqelərinə zərbələr endirdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzirə” telekanalı İsrail mediasına istinadən məlumat yayıb.

“Qüvvələrimizə qarşı olan təhlükəni aradan qaldırmaq üçün Qəzza şəhərinə hava hücumunda HƏMAS liderlərini hədəf aldıq. Biz HƏMAS-ın 4 liderini hədəf aldıq. Onlardan biri bölük komandiri, 3-ü isə tabor komandiri idi. Hədəf alınan HƏMAS liderləri Qəzzada qüvvələrimizə qarşı terror hücumu planlaşdırırdılar”, - İsrail ordusunun açıqlamasında deyilir.


 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR