• Bakı 28° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Çadayevin istefası Rusiyanın prinsipial mövqeyinin nəticəsidir

SİYASƏT

19 Avqust 2026 | 12:43

Çadayevin istefası Rusiyanın prinsipial mövqeyinin nəticəsidir

Azərbaycan Baş Prokurorluğu ölkəmizə karşı terrorçuluğa açıq çağırışlar etmək, dövlət əleyhinə çıxışlar və milli nifrəti qızışdırmaqda ittiham olunan 3 Rusiya vətəndaşı - Aleksey Çadayev, Semyon Uralov və İvan Knyazev barəsində beynəlxalq axtarış elan edib.

Axtarışa verilənlər arasında yer alan Rusiya Federasiyası Nəqliyyat Nazirinin müşaviri Aleksey Çadayev Azərbaycana qarşı verdiyi təxribatçı açıqlamalardan sonra vəzifəsindən istefa verib. O, verdiyi açıqlamada Azərbaycanla bağlı dediklərinin şəxsi mülahizələri olduğunu və Rusiyanın rəsmi mövqeyini əks etdirmədiyini bildirib.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Aleksey Çadayevin istefası onun şəxsi təşəbbüsü deyil, rəsmi Bakının kəskin reaksiyası və Mosvanın təsiri ilə reallaşıb:

"Son dövrlərdə Rusiya KİV-lərində Azərbaycana qarşı məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılır, dezinformasiyalar və feyk məlumatlar yayılır. Bu, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq, müttəfiqlik və mehriban qonşuluq münasibətlərinə daban-dabana ziddir. Cənubi Qafqazda söz sahibi Azərbaycandır. Rəsmi sənədlərlə münasibətlər isə yüksək səviyyəyə qaldırılıb. Belə bir məqamda anti-Azərbaycan təbliğatının hansı məqsəd güdməsi anlaşılmazdır".

Elman Nəsirov: Cənubi Qafqazda söz sahibi Azərbaycandır

Deputat vurğulayıb ki, yüksək vəzifəli şəxsin mövqeyi elə dövlətin mövqeyi kimi qəbul olunur:

"Yüksək vəzifə tutan şəxs bilməlidir ki, onun mövqeyi dövlətin mövqeyini ifadə edir, o, sıravi fərd deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın ölkəmizdəki səfirini XİN-ə dəvət edərək etirazını bildirməsi, dövlətimizin tutduğu prinsipial mövqe və mətbuatımızın bu istiqamətdəki fəaliyyəti Çadayevin istefasını labüdləşdirdi".

"Bu istefa onun şəxsi təşəbbüsü deyil. Yəqin ki, Rusiya rəhbərliyi məsələyə prinsipial mövqe ortaya qoyub. Anti-Azərbaycan mövqeyində dayanmış digər rəsmilər də bu reallıqdan nəticə çıxarmalıdırlar", - deyə Elman Nəsirov əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026