ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla danışıqların gündəmə gəlməsindən sonra sosial şəbəkədə maraqlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp "Truth Social" hesabında Kim Çen Inın fotosunu yayımlayıb.
Kadrlarda Şimali Koreya liderinin Trampla telefonla danışdığı görünür.
"Hey, Donald, hər şey qaydasındadır... hə?" - deyə o, fotoda yazıb.
Daha əvvəl isə Donald Tramp bəyan etmişdi ki, Şimali Koreya liderinin birbaşa dialoqu bərpa etmək təklifinə cavab verib. O, cavabın məzmununu açıqlamasa da, təması "çox pozitiv" adlandırmışdı.
Trampın paylaşımı qısa zamanda diqqət çəkib.
Bakı 




