• Bakı 14° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Kanada Baş nazirindən Trampa: Bunu bizə sən diktə edə bilməzsən

DÜNYA

17 Sentyabr 2026 | 17:51 | Müəllif: Gülşən Şərif

Kanada Baş nazirindən Trampa: Bunu bizə sən diktə edə bilməzsən

“Kanadaya konkret olaraq kiminlə sazişlər bağlayıb-bağlaya bilməcəyini heç kim diktə edə bilməz”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kanada Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı (Aİ) ilə ticarəti dayandırmaq hədələri fonunda deyib.

“Kanadaya konkret olaraq kiminlə sazişlər bağlayıb-bağlaya bilməcəyini heç kim diktə edə bilməz. Biz situativ müttəfiq deyilik və sıfır məbləğli razılaşmalar axtarmırıq”, - o Karni vurğulayıb.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bundan əvvəl Kanadanın Aİ-də assosiativ üzv statusuna malik ilk dövlət olmasını, həmçinin gələcək Avropa Təhlükəsizlik Şurasına qoşulmasını təklif edib. Donald Tramp bundan sonra Aİ-ni gömrük tarifləri tətbiq etmək və ya ticarəti məhdudlaşdırmaqla hədələyib.

Karni Kanadanın Aİ ilə daha da yaxınlaşması ideyasını dəstəkləyərək bəyan edib ki, əməkdaşlığın dərinləşdirilməsi sayəsində hər iki tərəf daha güclü olacaq: “Kanada bu ambisiyanı alqışlayır. Sorğular göstərir ki, kanadalıların böyük əksəriyyəti Avropa ilə daha sıx əlaqələrin qurulmasını dəstəkləyir. Avropa və Kanada birlikdə daha güclüdür”.

Baş nazir qeyd edib ki, Kanada ilə Aİ arasında tərəfdaşlıq yalnız ümumi iqtisadi maraqlara deyil, həm də dəyərlərə, tarixi əlaqələrə və Atlantik okeanı boyunca insanlar, ideyalar, mallar və texnologiyalarla davamlı mübadiləyə əsaslanır.

Karni vurğulayıb ki, söhbət ABŞ-nin siyasətinə cavab olaraq yaradılan müvəqqəti birləşmədən deyil, hər iki tərəfin suverenliyini, təhlükəsizliyini və iqtisadi dayanıqlığını gücləndirməyə yönəlmiş uzunmüddətli ittifaqdan gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026