• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səudiyyə Ərəbistanına PUA qalıqları düşdü: 1 ölü

DÜNYA

17 Sentyabr 2026 | 17:39 | Müəllif: Gülşən Şərif

Səudiyyə Ərəbistanına PUA qalıqları düşdü: 1 ölü

 Səudiyyə Ərəbistanının Ət-Taif şəhərində məhv edilən pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində bir nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Mülki Müdafiə İdarəsinin rəsmi nümayəndəsi bildirib ki, sentyabrın 17-si Yəmənin husi hərəkatı tərəfindən buraxılan PUA-nın məhv edilməsindən sonra onun qalıqları Ət-Taifə düşüb.

Nəticədə Yəmən vətəndaşı ölüb, bir Səudiyyə Ərəbistanı və bir Pakistan vətəndaşı isə yaralanıb. Pakistan vətəndaşının vəziyyəti ağır qiymətləndirilir.

Bundan əlavə, bir sıra binalara və nəqliyyat vasitələrinə maddi ziyan dəydiyi qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026