"Youtube" platforması videolara baxışların hesablanması qaydasını dəyişir.
Bakıvaxtı.az xəbər verir ki, avqustun 24-dən etibarən video və ya canlı yayım başladılan kimi baxış hesablanacaq. Əvvəllər isə baxışın qeydə alınması üçün videonun ən azı 30 saniyə izlənilməsi tələb olunurdu.
Platformanın rəqibləri olan "TikTok" və instaqram bu sistemdən artıq uzun müddətdir istifadə edir.
Yutubdan bildirilib ki, yeni dəyişikliklə yaradıcıların izləyici əhatəsini daha aydın görməsi və qarışıqlığın aradan qaldırılması hədəflənir.
Bakı 



