• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Generalın oğlu işdən buna görə ÇIXIB

SİYASƏT

19 Avqust 2026 | 13:24 | Müəllif: Əli Hüseynov

Generalın oğlu işdən buna görə ÇIXIB

Penitensiar Xidmət rəisinin müşaviri Rauf Qasımzadənin tutduğu vəzifədən azad olunması ilə bağlı məlumat yayılıb.

Bununla bağlı yayılan məlumatlarda ədliyyə naziri Fərid Əhmədovun onunla bağlı əmr imzaladığı deyilir.

Bakıvaxtı.az bildirir ki, Rauf Qasımzadənin vəzifəsindən çıxmasının səbəbi bəlli olub.

Məlumata görə, o, öz ərizəsi ilə Penitensiar Xidmətdəki postundan ayrılıb.

Buna səbəb isə onun digər dövlət qurumlarından birində yüksək vəzifəyə təyin olunmasıdır.

Qeyd edək ki, Rauf Qasımzadə bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də və bir sıra digər dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.

Onu da xatırladaq ki, Rauf Qasımzadə Penitensiar Xidmətin keçmiş rəisi, general Aydın Qasımovun oğludur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR