• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nkunku "Milan"dan gedir?

İDMAN

19 Avqust 2026 | 09:49 | Müəllif: Əli Hüseynov

Nkunku "Milan"dan gedir?

Fransalı futbolçu Kristofer Nkunku İtaliyanın "Milan" klubundan ayrıla bilər.

Bakıvaxtı.az "Foot Mercato"ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə Almaniyanın "Borussiya" (Dortmund), "Leyptsiq" və İngiltərənin "Nyukasl" klubları maraqlanır.

Ona Səudiyyə Ərəbistanı və Türkiyə təmsilçilərindən də təkliflər var.

Qeyd edək ki, K.Nkunku ötən yay "Çelsi"dən "Milan"a keçib. O, İtaliya təmsilçisinin heyətində keçirdiyi 35 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

"Transfermarkt" portalı oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilədək nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026