• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Milan" baş məşqçisi Ruben Amorimlə yollarını ayırır?

İDMAN

17 Sentyabr 2026 | 22:14 | Müəllif: Subhan Mahmudov

"Milan" baş məşqçisi Ruben Amorimlə yollarını ayırır?

İtaliyanın "Milan" klubunun baş məşqçisi Ruben Amorimin Avropa Liqasında "Benfika"ya məğlubiyyətdən sonra istefaya göndərilməsi gündəmdə deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.

Mövsümə "Torino" və "Venesiya" üzərində qələbələrlə başlayan "Milan"ın sonrakı nəticələri Ruben Amorimin fəaliyyəti ilə bağlı suallar yaradıb. Komandanın müdafiədə qeyri-sabit, hücumda isə səmərəsiz çıxış etdiyi bildirilir. Azarkeşlər də baş məşqçinin heyət seçimindən narazıdırlar.

Klubun sahibi Cerri Kardinale ilə Amorim cümə axşamı son nəticələri və komandanın gələcək planlarını müzakirə edəcək. Buna baxmayaraq, 5 oyundan sonra portuqaliyalı mütəxəssisin istefası gözlənilmir. Klub rəhbərliyi Amorimi uzunmüddətli layihə üçün uyğun baş məşqçi hesab edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026