Avtomobil istehsalçısı “Stellantis” proqram təminatındakı səhv səbəbindən ABŞ-da təxminən 850 min avtomobili geri çağırdığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, şirkətin məlumatına görə, nasazlıq arxa görüntü kamerasının ekranının işinə mane ola bilər. Bundan əlavə, Şimali Amerikadan kənarda, o cümlədən Kanadada və Meksikada 107 min avtomobil geri çağırılacaq.
Şirkət nasazlıqla əlaqədar hər hansı qəza və ya xəsarət halının qeydə alınmadığını bildirib.
Geri çağırışa 2026-2027-ci il istehsalı olan “Chrysler Pacifica”, “Voyager”, “Dodge Charger”, “Jeep Cherokee”, “Compass”, “Gladiator”, “Grand Cherokee”, “Grand Wagoneer” və “Wrangler” modelləri, həmçinin “Ram 1500” və “2500” pikapları və “ProMaster” furqonları daxildir.
Avtomobil sahibləri üçün proqram təminatı yenilənəcək. Nasazlıq aradan qaldırılana qədər “Stellantis” sürücülərə kamera ekranında problem yarandığı halda geriyə hərəkət zamanı güzgülərdən istifadə etməyi və ətrafdakı vəziyyəti diqqətlə izləməyi tövsiyə edib.
Bakı 



