• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bruinsman "Sabah"da

İDMAN

19 Avqust 2026 | 09:20 | Müəllif: Əli Hüseynov

Bruinsman "Sabah"da

"Sabah" basketbol klubu amerikalı forvard Evan Bruinsmanı heyətinə qatıb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 202 sm boya malik hücumçu ilə müqavilənin müddəti 1 ildir.

O, karyerası ərzində Lüksemburq, Çexiya, Bolqarıstan, Niderland, Macarıstan, Almaniya, İsrail və Türkiyə çempionatlarında çıxış edib.

Qeyd edək ki, E.Bruinsma Niderlandın "Donar" və Macarıstanın "Falko Sombathey" komandaları ilə ölkə çempionu, həmçinin kubokun qalibi olub. O, karyerası ərzində FIBA Avropa Kuboku və Çempionlar Liqası turnirlərində də mübarizə aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026