• Bakı 26° C

    8.19 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Bu rayonlarda işıq olmayacaq

CƏMİYYƏT

18 Avqust 2026 | 22:59

Bu rayonlarda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatınıbn qarşılanması məqsədilə avqustun 19-da Ağdaş və Göyçayda bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

"Azərişıq"dan Bakıvaxtı.az-a verilən məlumata görə, Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 11:00-dan 14:00-dək Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan və Pirəzə kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Həmçinin planlı fasilə saat 10:00-dan 13:00-dək Yuxarı Qəsil, Kükəl kəndlərini və Ləki dörd yol ərazisini əhatə edəcək.

    Göyçay EŞ-yə daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

    Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Avqust 2026