• Bakı 26° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

BƏƏ potensial raket təhlükəsi barədə xəbərdarlıq etdi

DÜNYA

18 Avqust 2026 | 20:10

BƏƏ potensial raket təhlükəsi barədə xəbərdarlıq etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ və İran arasında davam edən münaqişə fonunda ölkə sakinlərinə potensial raket təhlükəsi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti BƏƏ-nin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"Mövcud vəziyyət və potensial raket təhlükəsi ilə əlaqədar dərhal ən yaxın qorunan binadakı təhlükəsiz yerə keçin", - məlumatda bildirilib.

Qəzet qeyd edib ki, bu, son bir neçə ay ərzində ilk belə xəbərdarlıqdır. Əvvəlki xəbərdarlıq iyun ayında verilib və yalançı həyəcan siqnalı idi, ondan əvvəlki raket təhlükəsi barədə son xəbərdarlıq isə may ayında daxil olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR