Ukrayna lideri Volodimir Zelenski İrina Mudrayanı Prezident Ofisi rəhbərinin müavini vəzifəsindən kənarlaşdırıb.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq sərəncam Ukrayna dövlət başçısının ofisinin rəsmi saytında dərc olunub.
Avqustun 19-da məlum olub ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) "Forrest Qamp" adlı xüsusi əməliyyat çərçivəsində Mudrayanın mənzilində axtarışlar aparıb.
NABU ehtimal edilən şübhəlilərin dinlənilmiş danışıqlarının bəzi hissələrini əks etdirən 47 saniyəlik video paylaşıb.
Sözügedən səsyazılarında "pulların oğurlanması", "dörd torba" ifadələri və Prezident Ofisinin adı hallanıb. Ukrayna kütləvi informasiya vasitələrinin məlumatına əsasən, işin fiqurantları sırasında Mudrayanın özü, deputat Vadim Stolar və parlamentin sabiq üzvü Maksim Mikitas yer alır.
Qeyd edək ki, İrina Mudraya 2024-cü ilin mart ayından etibarən Prezident Ofisinin rəhbərinin müavini vəzifəsini tuturdu. O, məhkəmə islahatları və yüksəkvəzifəli Rusiya rəsmilərinə qarşı xüsusi tribunalın qurulması proseslərinə rəhbərlik edirdi. Onun işdən çıxarılması Ukrayna hakimiyyətindəki kadr dəyişiklikləri dalğasının davamıdır.
Xatırladaq ki, 2026-cı ilin iyulunda Ali Rada baş nazir Yuliya Sviridenkonu istefaya göndərmiş, ardınca isə müdafiə naziri Mixail Fyodorov və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski vəzifələrindən azad edilmişdilər.
***
11:05
Ukraynada Prezident Ofisinin rəhbərinin müavininin evində axtarış aparılır.
Bakıvaxtı.az xəbər verir ki, Ukrayna mediasının xəbərinə görə, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) tərəfindən xüsusi əməliyyat keçirilib.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbərinin müavini İrina Mudranın da adının hallandığı antikorrupsiya əməliyyatı hazırkı və sabiq rəsmi şəxslərdən ibarət cinayətkar qruplaşmaya qarşı aparılır.
Mudradan başqa deputat Vadim Stoların da evində axtarış aparılıb.
Təfərrüatlar daha sonra veriləcək.
















