• Bakı 28° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Con İrvin vəfat etdi

DÜNYA

19 Avqust 2026 | 12:09

Con İrvin vəfat etdi

Vyetnam müharibəsindən bəhs edən "Hamburqer yüksəkliyi" (Hamburger Hill, 1987) filmi və "Casus, rədd ol!" (Tinker Tailor Soldier Spy, 1979) mini-serialı ilə tanınan məşhur britaniyalı rejissor Con İrvin ömrünün 87-ci ilində dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı rejissorun prodüserlərinə istinadən "Variety" nəşri yayıb.

İrvinin ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb.

Tanınmış sənətçi 1940-cı ildə Nyukasl şəhərində anadan olub. O, London Kino Sənəti Məktəbini bitirib və orada Vyetnam müharibəsinə həsr olunmuş sənədli, həmçinin qısametrajlı filmlər üzərində assistent kimi fəaliyyətə başlayıb. Öz peşəkar karyerası ərzində 30-dan çox ekran əsəri ərsəyə gətirən İrvin Böyük Britaniyanın əsas kino mükafatı sayılan BAFTA-ya üç dəfə namizəd göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026