Yeni Partiya Qaziantep millət vəkili Melih Meriçi bıçaqlamaqda ittiham edilən CHP-nin Oğuzeli rayon təşkilatının keçmiş sədri S.A.K. və digər dörd şübhəli saxlanılıb.
Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Məlumata görə, hadisə Şahinbey rayonunun İbn Sina məhəlləsində baş verib. İddialara görə, Yeni Partiya Qaziantep millət vəkili Melih Meriç səfər zamanı keçmiş S.A.K. ilə mübahisə edib. Mübahisədən sonra S.A.K. Meriçə bıçaqla hücum edib. Hücumda yaralanan deputat hadisə yerinə gələn təcili yardım işçilərinin ilkin tibbi müdaxiləsindən sonra müalicə üçün Qaziantep Şəhər Xəstəxanasına aparılıb.
Təhlükəsizlik qüvvələrinin səyləri nəticəsində CHP-nin Oğuzeli rayon təşkilatının keçmiş sədri S.A.K. başda olmaqla ümumilikdə 5 şübhəli saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Murad Məmmədli
Bakı 



