Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyan və ABŞ Nümayəndələr Palatasının üzvü Abraham Hamadeh İrəvanda görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, bu, Simonyanın yeni vəzifəsində keçirdiyi ilk görüş olub.
Görüş zamanı tərəflər TRIPP layihəsinin həyata keçirilməsi, regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Abraham Hamadeh avqustun 18-də Ermənistana səfər edib. ABŞ konqresmeni səfər çərçivəsində Ermənistan parlamentinin sədri Ruben Rubinyan və xarici işlər naziri Ararat Mirzoyanla da görüşüb.
Günəş Mərd
Bakı 



