• Bakı 28° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Erməni qadınları ön xəttə gedəcək

SİYASƏT

19 Avqust 2026 | 13:15

Erməni qadınları ön xəttə gedəcək

Ermənistan Müdafiə Nazirliyi orduda intizamı möhkəmləndirmək üçün qadın hərbi qulluqçuları ön xəttə ezam etmək niyyətindədir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr Ermənistanın müdafiə naziri Suren Papikyanın orduda kriminal meyllərə qarşı mübarizə aparmaq məqsədilə ön xətdə yerləşən hərbi hissələrə zabit qruplarının ezam olunacağı ilə bağlı paylaşımını xatırladıb. 

“Bu qərarı şərtləndirən amil qeyri-döyüş şəraitində ölüm hallarının sayının misli görünməmiş dərəcədə artmasıdır. Səbəb orduda nizamnamədənkənar münasibətlərin hökm sürməsidir”, - qəzet yazıb.  

Nəşr qeyd edib ki, orduda komandirlərin zəif nəzarəti və ya işini düzgün qurmaması səbəbindən əsgərlər ya intihara sövq edilir, ya da qətlə yetirilirlər. Məlumata görə, artıq bəzi yüksəkrütbəli hərbi qulluqçular nizam-intizam yaratmaq məqsədilə 1-2 aylıq sərhədə ezam ediliblər:

“Mənbəmiz bildirir ki, bu qərar yalnız kişi hərbi qulluqçulara deyil, həm də qadınlara aiddir. Yüksəkrütbəli qadın hərbi qulluqçular da mövqelərə ezam oluna bilərlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026