• Bakı 28° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

İndoneziyada zəlzələdə ÖLƏNLƏRİN SAYI 70-i ötdü  

DÜNYA

19 Avqust 2026 | 12:53

İndoneziyada zəlzələdə ÖLƏNLƏRİN SAYI 70-i ötdü  

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində təxminən 40 min insan evsiz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, “Jakarta Globe” qəzetinin məlumatına görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 1182 nəfər isə yaralanıb.

Zəlzələdən zərər çəkən ərazilərdə 11 925 ev, 663 təhsil müəssisəsi, 184 dövlət binası, 182 tibb müəssisəsi və 173 dini məkan daxil olmaqla çoxsaylı infrastruktur obyektinə ziyan dəyib. Yollar və körpülər də dağıntılara məruz qalıb.

Xilasetmə xidmətləri dağıntılar altında və itkin düşən şəxslərin axtarışını davam etdirir. Zərər çəkmiş ərazilərin böyük hissəsində elektrik enerjisinin təchizatı artıq bərpa olunub.

Qeyd edək ki, avqustun 15-də səhər saatlarında İndoneziyanın Şərqi Nusa Tenqara əyalətində 7,7 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində yaşayış binaları ilə yanaşı, tibb müəssisələri, dövlət binaları və məktəblərə də ciddi ziyan dəyib.

“Reuters” agentliyinin məlumatına görə, zəlzələdən sonra İndoneziyanın bir neçə bölgəsində hündürlüyü bir metrdən az olan sunami dalğaları da qeydə alınıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026