• Bakı 26° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Vəkil Elşad Məmmədov həbs edilib - YENİLƏNİB

CƏMİYYƏT

18 Avqust 2026 | 22:00

Vəkil Elşad Məmmədov həbs edilib - YENİLƏNİB

Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, onun barəsində çox sayda vətəndaş şikayətinin olduğu bildirilir. Amma vəkilin tam olaraq hansı səbəbdən saxlanılması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

21:09

Abşeron vəkil bürosunun vəkili Elşad Məmmədov həbs edilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur.

Vəkil vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR