• Bakı 26° C

    7.35 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Bir milyona yaxın avtomobildə NASAZLIQ aşkarlandı

CƏMİYYƏT

18 Avqust 2026 | 22:29

Bir milyona yaxın avtomobildə NASAZLIQ aşkarlandı

"Stellantis" konserni 955 mindən çox avtomobili geriçağırma kampaniyasına cəlb edib. Buna səbəb arxa görüntü kamerasından gələn təsvirin ekranda göstərilməməsinə səbəb ola biləcək proqram təminatı nasazlığıdır.

Bakıvaxtı.az bu barədə "Carscoops" portalına istinadən xəbər verir.

Məlumata görə, ABŞ-də 848 511 avtomobil geri çağırılacaq. Daha 107 minə yaxın avtomobil isə digər bazarlarda geri çağırılacaq. Bunlardan 82 869-u Kanadada, 7 969-u Meksikada, 15 736-sı isə Şimali Amerikadan kənardadır.

Problem multimedia sisteminin proqram təminatındakı nasazlıqla bağlıdır. Nasazlıq baş verdikdə sürücü arxa görüntü kamerasından gələn təsviri ekranda görə bilməyə bilər.

Geri çağırılmaya "Chrysler", "Dodge", "Jeep" və "Ram" markalarının, o cümlədən 2026-2027-ci model illərinə aid avtomobilləri daxildir.

"Stellantis" konserni avtomobillərdə arxa görüntü kamerasından gələn təsvirin ekranda əks olunmaması ilə bağlı nasazlıq səbəbindən indiyədək heç bir qəza və xəsarət halının qeydə alınmadığını açıqlayıb.

Şirkətin məlumatına görə, avtomobil sahiblərinə bununla bağlı bildirişlər sentyabr ayında göndərilməyə başlanacaq.

Nasazlığın proqram təminatının simsiz yenilənməsi yolu ilə aradan qaldırılması planlaşdırılır. Yeniləmə əlçatan olduqda avtomobilin multimedia ekranında bununla bağlı müvafiq bildiriş görünəcək.

"Stellantis" konserninə "Chrysler", "Dodge", "Jeep", "Ram", "Peugeot", "Opel", "Citroën" və digər avtomobil markaları daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR