"Telegram" messenceri ".gram" adlı öz şəxsi domen zonasını əldə etmək üçün müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə platformanın təsisçisi Pavel Durov öz rəsmi kanalında məlumat verib.
İş adamı izah edib ki, əgər müraciət ICANN (İnternet Korporasiyası) tərəfindən bəyənilərsə, "Telegram"ın bir milyardlıq istifadəçi kütləsi özünün ikinci səviyyəli domenini əldə edə biləcək.
Durov nümunə çəkərək qeyd edib: "Məsələn, @durov istifadəçisi durov.gram, @monk isə monk.gram domenini əldə edəcək".
Sahibkar onu da əlavə edib ki, "Telegram"ın öz domenini əldə edəcəyi təqdirdə, istifadəçilər messencer daxilində yerləşdirilən interaktiv veb-saytları sadəcə bircə mesaj göndərməklə yarada biləcəklər.
Bakı 



