• Bakı 26° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi

DÜNYA

18 Avqust 2026 | 17:27

Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi

İlk dəfə olaraq Danimarkadan bir qrup hərbçi Qrenlandiyaya göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Danimarka Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, çağırışçılar tanımadıqları ərazidə hərbi bacarıqlarını məşq etdirməli və təkmilləşdirməli, “Arctic Endurance” təlimləri zamanı əməliyyat xidmətində iştirak etməli və Arktikada baza hazırlığı çərçivəsində qrenlandiyalı həmkarları ilə əməkdaşlıq etməlidirlər.

Fevral ayında 11 aylıq hərbi xidmətə çağırılan Şlezviq Piyada Alayının gənc əsgərlərindən ibarət ilk qrup adanın paytaxtı Nuuk şəhərinin hava limanına çatıb.

Qrenlandiyada onların bir hissəsi adanın qərbində yerləşən Kanqerlussuaq yaşayış məntəqəsində, digər hissəsi isə Nuukda olacaq. Şimal qütb dairəsinin şimalında yerləşən Kanqerlussuaq qayalıq və ağaclar olmayan geniş açıq əraziləri ilə xarakterizə olunur.

Qrenlandiyada təlimlər başa çatdıqdan sonra çağırışçılar fəaliyyətlərini Danimarkada davam etdirəcəklər və burada öz bilik və təcrübələrini daha da təkmilləşdirəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR