Avropa ərzaq böhranı ilə üzləşə bilər. Qitədə taxıl məhsullarının azalması ilə bağlı xəbərdarlıq edilib.
Bakıvaxtı.az xəbər verir ki, rusiyalı iqtisadçı Aleksey Xarlanov “Vesti”yə açıqlamasında Avropada isti hava və məhsul itkisi səbəbindən taxıl qıtlığının yarana biləcəyini bildirib.
Onun sözlərinə görə, avropalılar ənənəvi olaraq çörəyə böyük tələbat göstərirlər. Lakin bu il qitədə məhsul itkisi ciddi həddə çata bilər.
“Avropada məhsul itkiləri 25 faizə qədərdir. Fransada isə bu göstərici 35 faizə çatır”, - Xarlanov deyib.
Ekspertin sözlərinə görə, yaranan çatışmazlığı kompensasiya etmək üçün Avropa ABŞ, Afrika və Cənubi Amerikadan taxıl idxalına yönəlməli olacaq.
Xarlanov əlavə edib ki, bu proses yeni logistika zəncirlərinin qurulmasına və bazarda yeni oyunçuların meydana çıxmasına səbəb olacaq.
Bakı 



