• Bakı 14° C

    2.62 m/s

Səudiyyə Ərəbistanında qadın baş konsul təyin edildi

SİYASƏT

18 Avqust 2026 | 18:59 | Müəllif: Gülşən Şərif

Səudiyyə Ərəbistanında qadın baş konsul təyin edildi

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə qadın baş konsul təyin edilib. Vəfa bint Abdullah əl-Mərzuki ABŞ-ın Hyuston şəhərində baş konsul vəzifəsini icra edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu təyinat Səudiyyə qadınlarının diplomatik vəzifələrdə təmsil olunmasında yeni bir addım kimi qəbul edilir.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Ər-Riyaddakı qərargahında keçirilən mərasimdə Əl-Mərzuki Xarici İşlər Naziri Feysəl bin Fərhanın qarşısında and içib.

Bu təyinat Səudiyyə Ərəbistanında qadınların diplomatik sahədə səlahiyyətləndirilməsi və "Vision 2030" islahatları çərçivəsində atılan tarixi addımlardan biridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026