• Bakı 26° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib

İDMAN

18 Avqust 2026 | 19:29

“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib

Joze Mourinyo İspaniyanın “Real Madrid” klubunun yeni baş məşqçisi qismində ictimaiyyətə təqdim olunub.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə Madrid təmsilçisinin prezidenti Florentino Peresin çıxışından sonra portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Tədbir zamanı Mourinyoya müxtəlif xatirə hədiyyələri - stadionun kiçik maketi, saat və məşqçinin adının həkk olunduğu köynək təqdim edilib. Təqdimat mərasimində klubun fəxri prezidenti Xose Martines Sançes də iştirak edib.

Qeyd edək ki, “Real Madrid” Joze Mourinyonun təyinatını iyunun 11-də açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR