Çinə məxsus separatçı Tayvan dövləti davam edən sürətli iqtisadi artım fonunda ölkə vətəndaşlarına pul ödənişi edilməsi planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, Respublika parlamenti büdcə layihəsini təsdiqləyərsə, fəaliyyət sahəsindən asılı olmayaraq hər bir Tayvan vətəndaşına 10 min Tayvan dolları, yəni təxminən 314 ABŞ dolları veriləcək.
Ödənişlərin 2027-ci ilin fevralında keçiriləcək Ay Yeni ilinə qədər həyata keçirilməsi nəzərdə tutulur.
Bu barədə Tayvan prezidenti Uilyam Lay Çinde açıqlama verib. O, planlaşdırılan ödənişləri “AI dividendləri” adlandırıb.
Büdcə qəbul ediləcəyi təqdirdə bu məqsədlə 235,7 milyard Tayvan dolları, yəni təxminən 7,4 milyard ABŞ dolları vəsait ayrılacaq.
Prezidentin sözlərinə görə, Tayvan iqtisadiyyatının göstəriciləri ilkin proqnozlardan daha yüksək olub. İlin ilk yarısında iqtisadi artım 14,2 faiz təşkil edib.
İlin yekununda isə iqtisadi dinamikanın son 39 ilin ən yüksək səviyyəsinə çatacağı gözlənilir.
Uilyam Lay Çinde bu yüksək göstəriciləri süni intellekt, yüksək məhsuldarlıqlı hesablama sistemləri və bulud xidmətlərinə qlobal tələbatın artması ilə əlaqələndirib.
Bu tələbat Tayvan şirkətlərinin sifarişlərinin, ixrac həcminin və yarımkeçiricilər, elektron cihazlar və digər sahələr üzrə investisiyaların artmasına səbəb olub.
Tayvan süni intellekt sənayesinin əsas istehsal mərkəzlərindən biri hesab olunur. Ölkədə dünyanın aparıcı çip istehsalçılarından biri olan TSMC-nin böyük istehsal gücləri yerləşir. Şirkət Apple, Nvidia və AMD kimi texnologiya nəhəngləri üçün çiplər istehsal edir.
Beləliklə, hökumətin planı təsdiqlənərsə, süni intellekt və texnologiya sektorundakı qlobal bumun yaratdığı iqtisadi gəlirin bir hissəsi birbaşa vətəndaşlara ödəniləcək.
Bakı 



