• Bakı 27° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Tovuzdakı qəzada ölən Səidin FOTOSU

HADİSƏ

18 Avqust 2026 | 15:39

Tovuzdakı qəzada ölən Səidin FOTOSU

Xəbər verdiyimiz kimi, Tovuz rayonundaağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə,  qəzada ölən şəxslərdən biri Həziyev Səid Sakit oğludur.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza nəticəsində “VAZ” markalı avtomobil idarəetməni itirərək su kanalına düşüb. Hadisə zamanı 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlu avtomobildə sıxılmış vəziyyətdə qalıb.

FHN-in yanğınsöndürən-xilasediciləri tərəfindən Səid Həziyevin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza nəticəsində 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlu da həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bakıvaxtı.az onun fotosunu təqdim edir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR