• Bakı 27° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Rusiya bu şirkətləri CƏRİMƏLƏDİ 

DÜNYA

18 Avqust 2026 | 15:35

Rusiya bu şirkətləri CƏRİMƏLƏDİ 

Rusiyanın Taqanski Rayon Məhkəməsi "Telegram", "Google" və "Microsoft" şirkətləri ilə bağlı işlər üzrə qərar verib.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Məhkəmə platformaların Rusiyada qadağan olunmuş məzmunu silməməklə qanunvericiliyi pozduğunu müəyyən edib. Qərara əsasən, "Telegram" və "Google" şirkətlərinin hər biri 3,8 milyon rubl, "Microsoft" isə 3,5 milyon rubl məbləğində cərimə ödəməlidir.

Rusiyada "Google", "Telegram", "Microsoft", eləcə də "Apple", "TikTok" və digər xarici internet platformaları daha əvvəl də qadağan olunmuş məzmunu silməmək və ölkə qanunvericiliyinin tələb etdiyi öhdəlikləri yerinə yetirməmək səbəbilə cərimələnib. 

Məlumata görə, 2021-ci ilin sonundan etibarən "Google"a gəlirlərinə əsasən tətbiq edilən cərimələrin ümumi məbləği 29 milyard rublu ötüb. Şirkətin Rusiyada icra prosesləri üzrə borcunun isə 20 milyard rubldan çox olduğu bildirilir.

"Telegram" da Rusiyada müxtəlif məhdudiyyətlərlə üzləşib. Buna baxmayaraq, təkcə 2026-cı ilin ilk altı ayında Moskva məhkəmələrinin şirkətə tətbiq etdiyi cərimələrin ümumi məbləği 100 milyon rublu keçib.  

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR