• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

DÜNYA

17 Sentyabr 2026 | 13:02 | Müəllif: Gülşən Şərif

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Ukrayna qüvvələri Rostov-na-Donu şəhərindəki hərbi aerodroma hava hücumları təşkil edib. Hava hücumun nəticəsində bir An-12, iki An-26 təyyarəsi və daha üç helikopter məhv edilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"a məlumat verib.

Zelenski müharibəni Rusiyaya hər gün hiss etdirən Ukrayna əsgərlərinə təşəkkür edib. 

“Bu gecə Ukrayna ordusunun birgə əməliyyatı sayəsində Yaroslavl Neft Emalı Zavoduna zərbə endirilib. Təhlükəsizlik Xidməti həmçinin Rostovdakı hərbi aerodroma uğurlu zərbə endirdi - An-12 təyyarəsinin, iki An-26 təyyarəsinin və daha üç helikopterin məhv edilməsi təsdiqləndi”, - deyə Zelenski vurğulayıb.

Prezident həmçinin Qara dənizdə yaxşı nəticələrin əldə edildiyini qeyd etsə də, təfərrüatları açıqlamayıb.

"Biz hər gün təcavüzə cavab veririk. Rusiya sülhü seçməlidir", - deyə prezident yekunlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026