İsrailin Suriyadakı Əbu-Duhur aviabazasına endirdiyi zərbələri qətiyyətlə pisləyirik.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Rəsmi Ankara beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə reaksiya verməyə çağırıb.
“İsrail Suriyanın infrastrukturuna zərbələr endirməklə onun ərazi bütövlüyünü pozmaqla düşünülməmiş hücumlarını davam etdirir”, – deyə XİN-in bəyanatında bildirilib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətindəki Əbu-Duhur aerodromuna bir neçə zərbə endirib. Hücumlar nəticəsində maddi ziyan dəyib. Mülki əhali arasında ölən və ya yaralananlarla bağlı məlumat daxil olmayıb.
"Reuters" agentliyinin məlumatına görə, zərbələr uçuş-enmə zolağına və anbarlara endirilib.
Bakı 



