Türkmənistan və Çin arasında ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyun aylarında 4 milyard 821 milyon 969 min dollara çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Business Turkmenistan” məlumat yayıb.
Dövriyyənin əsas hissəsini Türkmənistanın ixracı təşkil edib. İlk altı ay ərzində ölkə Çinə 4 milyard 44 milyon 409 min dollar dəyərində mal göndərib. Çindən idxalın ümumi məbləği 777 milyon 559 min dollar olub.
İyun ayında qarşılıqlı ticarət dövriyyəsi 890 milyon 262 min dollara çatıb.
2025-ci ilin sonuna qədər iki ölkə arasında ticarət dövriyyəsi 10 milyard 46 milyon 52 min dollar təşkil etmişdi.
Bakı 



