Enerqodarda Zaporojye Atom Elektrik Stansiyasının (AES) əməkdaşlarının istifadə etdiyi avtobus dayanacağında pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossinin bəyanatında qeyd olunub.
Onun sözlərinə görə, partlayış bir nəfərin ölməsi və 16 nəfərin yaralanmasına səbəb olub.
"Partlayış nəticəsində stansiyanın və podratçıların 16 əməkdaşı xəsarət alıb, onlardan üçü ağır yaralanıb, daha bir nəfər həlak olub", - məlumatda bildirilib.
Bakı 



